Rüzgar həmin ailədə ölən üçüncü uşaq imiş... - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Şəkinin Cumakənd kəndində 11 yaşlı Rüzgar Ağabalayev ürək çatışmazlığından vəfat edib.
Avtosfer.az xəbər verir ki, Rüzgarın ailəsi bu barədə “Baku Tv”ya danışıb.
Anası Çimnaz Ağabaleyava bildirib ki, Rüzgarı hər gün xəstəxanaya aparıb-gətiriblər: “Marif həkim dedi ki, mən suyun ürəyinə, ciyərinə yığıldığını bilmədən ona əl vura bilmərəm. Həkim dedi ki, uşağın son saatları, dəqiqələridir, nə deyək əl vuraq ona. Elə stolda uşağın canı çıxdı”.
Anasının sözlərinə görə, Rüzgar məktəbə getməyib, evdə təhsil alıb: “Onun o qədər arzuları var idi ki, heç yerə sığan deyil”.
TƏBİB-dən isə bildirilib ki, 2014-cü il təvəllüdlü şəxsə kəskin ürək çatışmazlığı və qarın boşluğunda mayenin yığılması diaqnozu təyin olunub. Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı müdaxilələrinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
Qeyd dək ki, Ağabalayevlər ailəsinin bundan əvvəl 2 və 3 yaşlı iki qız övladı da xəstəlikdən ölüb.
Ətraflı videomaterialda:
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO











