Sabiq baş redaktor yenidən hakim qarşısında

"İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.
Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə müdafiəçinin vəsatəti məhkəməyə təqdim olunsa da, müşavirədən sonra vəsatət təmin olunmayıb.
Nazim Quliyev barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmaqla cinayət işi məhkəmə istintaqı araşdırmasına verilib.
Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Nazim Quliyevin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra isə ona Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay azadlıqdan məhrum edilmiş, 11 il sonra - 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılmışdı.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












