Sabiq məmura cinayət işi açıldı

Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az "Qafqazinfo”ya istinadən məlumata görə, rayonun hazırda həbsdə olan eks-icra başçısı İsmayıl Vəliyevin dövründə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini icra edən Gülqədəm Mirzəzadə mənimsəmədə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan araşdırma zamanı onun qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda vəsaiti mənimsədiyi müəyyən edilib. Təqsirləndirilən şəxs həbsdə deyil, məhkəməyə qədər barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.
G.Mirzəzadə 2015-ci ildən indiyədək "Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin sədridir.
İş üzrə ilkin istintaq tamamlanıb.Təqsiri sübuta yetiriləcəyi halda xanım müttəhimi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Gülqədəm Mirzəzadənin fəaliyyəti əsasən İsmayıl Vəliyevin dövrü ilə bağlıdır. Onu elə İ.Vəliyev Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edib. Fəaliyyəti dövründə müxtəlif qalmaqallarda adı hallanıb. Mediada onun borcunu istəyən vətəndaşı döyməsi, diplomunun saxta olması barədə iddialar yayılıb. İ.Vəliyev həbs edildikdən sonra G.Mirzəzadə 2 il kənd icra nümayəndəsi kimi fəaliyyətini davam etdirib.
Xatırladaq ki, korrupsiya cinayətlərində təqsirli bilinən İsmayıl Vəliyevə 6 il 2 ay həbs cəzası verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












