Banner

Sabirabadda çayxanada yanğın olub - VİDEO

Hadisə 7 May 2025 14:41 Oxunub 130
Sabirabadda çayxanada yanğın olub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabirabad rayonu, Nərimankənd kəndi ərazisində obyektdə yanğın baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 980 kvadratmetr olan bir dam altında bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərin birində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 280 m² olan çayxananın yanar konstruksiyaları yanıb.

Digər obyektlər yanğından mühafizə olunub.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh