Banner

Sabirabadda kanalda batan şəxsin KİMLİYİ MƏLUM OLDU - YENİLƏNİB

Hadisə 25 İyul 2025 15:48 Oxunub 362
Sabirabadda kanalda batan şəxsin KİMLİYİ MƏLUM OLDU  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabirabadda suvarma kanalında batan şəxsin kimliyi məlum olub.

Avtosfer.az xəbər verir ki, onun Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Səfərağa Musayev olduğu bildirilir.

Axtarışa Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

***15:18

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Qaragüney kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh