Sabirabadda qadını döyən ər azadlıqdan məhrum edildi

Sabirabad rayonunda 44 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib.
1982-ci il təvəllüdlü kənd sakini Emin yaşadıqları evin yaxınlığında su kanalının kənarında həyat yoldaşı Süsənlə (adlar şərti verilib – red.) mübahisə edib.
Mübahisə zamanı o, arvadını itələyərək yerə yıxıb, qadın müxtəlif dərəcəli xəsarətlər alıb.
Eminin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Emin ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sabirabad rayonunun kəndində Süsənlə qeyri-rəsmi münasibətdə yaşayır: “Hadisə günü saat 11 radələrində Süsənin evində aramızda mübahisə yarandı. Ona əhəmiyyət vermədim və evdən çölə çıxdım. Bir neçə dəqiqədən sonra həyətyanı sahədən evə qayıtdım. Evə gec gəldiyim üçün Süsən iradını bildirdi və məni təhqir etdi. Əsəblərimi cilovlaya bilmədim, onun başına yumruq, üz nahiyəsinə isə şillə vurdum”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Süsən sakitləşmək üçün çölə çıxmaq istəyib: “Yenidən məni təhqir etdi. Baş nahiyəsinə bir şillə vurdum. Məndən uzaqlaşaraq çölə çıxıb, yaxınlıqdan keçən su kanalının yanında getdi. Mən yaxınlaşaraq ona evə getməyi, yemək yeməyi və baş verənləri unutmağı təklif etdim. Mənimlə gəlmədiyi üçün kürəyindən itələdim. O, yerə yıxılanda sol qolu altında qaldı. Bundan sonra Süsənin onu yaşadığımız evə gətirdim. Sonra xəstəxanaya apardım”.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Emin 1 il müddətə azadlıqdan məhrum etmə edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü












