Sabirabadda yeni doğulan körpə öldü - YENİLƏNİB

"2005-ci il təvəllüdlü şəxs aprelin 21-də saat 13:00-da Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə hospitalizasiya olunub".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 30 həftəlik hamilə olan pasiyentin vaxtından əvvəl doğuşu baş tutub:
"Ağır vəziyyətdə doğulan körpənin cinsi kişi, çəkisi bir kiloqram 800 qr. olub".
Qeyd edilib ki, küvəz rejimində müalicəsi davam etdirilən yenidoğulmuş CPAP rejimində respirator dəstək alıb:
"Aparılan reanimasiya tədbirlərə baxmayaraq, yenidoğulmuşun hemodinamikasını bərpa etmək mümkün olmayıb və aprelin 21-də, axşam saat 9-da ölüm faktı qeydə alınıb".(oxu.az)
***12:41
Sabirabadda yeni doğulan körpə ölüb.
Avtosfer.az xəbər verir ki, aprelin 21-i saat 13 radələrində İmişli sakini 2005-ci il təvəllüdlü Samirə Səxavət qızı Mirzəyeva doğuş üçün rayon mərkəzi xəstəxanasına müraciət edib.
Lakin S.Mirzəyevanın dünyaya gətirdiyi uşaq ölüb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO










