Sabirabadda yük avtomobili yandı - FOTO - VİDEO

Hadisə 3 Dekabr 2022 16:45 Oxunub 606
Sabirabadda yük avtomobili yandı   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Surra kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Avtosfer.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “FORD” markalı yük avtomobilinin arxa təkərlərində baş vermiş yanğın qısa müddətdə söndürülərək yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin 4 ədəd arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh