Sabirabdda yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə 20 Mart 2022 10:45 Oxunub 1402
Sabirabdda yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB

18 yaşlı yeniyetmənin ayağı amputasiya edilib.

Avtosfer.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Kürkəndi kəndində qeydə alınıb. Kürkəndi kənd sakini, 1988-ci il təvəllüdlü Abışov Rafiq Zabil oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək yüksək sürətlə divara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 1979-cu il təvəllüdlü Abışova Günay Zeynalabdin qızı, onun övladları 1999-cu il təvəllüdlü Aysel və 2002-ci ildə anadan olmuş Ülvi Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib. Sonuncunun ayağı travmatik amputasiya olunub, ana isə reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə yerinə FHN Sabirabad Yanğından Mühafizə Xidmətinin xüsusi xilasetmə briqadası cəlb edilib. Avtomobildə sıxılıb qalan şəxsi xüsusi avadablığın köməyi ilə çıxararaq təcili yardım işçilərinə təhvil veriblər. Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

***

01.23

Sabirabdda baş verən qəzada 4 nəfər ağır xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb. “Mercedes” markalı avtomobil yüksək sürətlə divara çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfər ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Yaralılardan birinin ayağı travmatik amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh