Şabranda çökən yol təhlükə saçır - Nə vaxt bərpa ediləcək, xəbərdarlıq nişanları niyə yoxdur? - VİDEO

Cari il aprelin 16-da ölkə ərazisində yağan aramsız yağışdan sonra Şabran rayonu ərazisindən sel keçib, nəticədə Düzbilici kəndində yolun bir hissəsi tamamilə uçmuşdu.
İndiyədək burada bərpa işlərinin görülməməsi sürücülər üçün təhlükə yaradır. Belə ki, ərazinin bir hissəsində xüsusi xəbərdaredici yol nişanlarının olmaması axşam və gecə saatlarında yolun vəziyyətini bilməyən sürücülər həmin ərazidən keçməyə çalışır, bu zaman təhlükəli vəziyyətlə üzləşirlər.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sürücülər tərəfindən paylaşılan görüntülərdə yolun bərpa edilmədiyi, habelə xəbərdaredici nişanların qoyulmadığı əks olunur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, ərazidə qoyulan xüsusi xəbərdaredici yol nişanları bəzi vətəndaşlar tərəfindən kənara atılır, bu da sürücülər üçün çətinlik yaradır:
"Sözügedən ərazidə hadisə baş verdikdən sonra ora nəqliyyat vasitələrinin daxil olmaması üçün xüsusi maneələr və xəbərdaredici yol nişanları qoyulmuşdu. Hazırda digər bir istiqamətdə bu maneələr qalıb. Yolun başqa hissəsində növbəti dəfə gələn sel suları qoyulan maneələri yuyub aparıb. Daha sonra qoyulan xüsusi xəbərdaredici yol nişanları bəzi vətəndaşlar tərəfindən kənara atılıb. Bunun hansı səbəbdən edildiyi məlum deyil. Hazırda yenidən ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi və maneələrin qoyulması üçün tapşırıq verilib".
Yolun nə zaman bərpa ediləcəyi ilə bağlı danışan Anar Nəcəfli vurğulayıb ki, bununla bağlı təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim olunub:
"Maliyyə vəsaitinin ayrılmasından sonra tərəfimizdən sözügedən istiqamətdə lazımi işlər görüləcək".
Təyyarədə çay içməyin, hətta əllərinizi də yumayın: "Zəhərli" su ilə bağlı şok ARAŞDIRMA
Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Dəmir yolunda qayda pozan şəxsi qatar vurub öldürdü
Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
Gəncədə sürücülər arasında dava düşdü – Biri digərinin burnunu sındırdı
Bakıda taksi sürücüləri müştəri üstündə dava etdilər — TƏFƏRRÜAT
Şamaxıda zəlzələ olub
Suya düşən maşındakı insanları xilas edən polis əməkdaşı imiş – VİDEO - YENİLƏNİB
Bakıda sürət yarışı keçirən “Mustang” və “BMW” sürücüləri tutuldu - Məhkəmə cəzalandırdı
Səkidən qəfil yola çıxan qadınlar sürücünü çətin vəziyyətdə qoydu - VİDEO
Qəza törədib hadisə yerindən yayınan “Subaru” sürücüsü saxlanılıdı











