Şabranda qadının məktəbdə bıçaqlanmasının TƏFƏRRÜATI

Şabran rayonunda orta məktəbdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Rəhimli kənd İlqar Abasov adına tam orta məktəbində qeydə alınıb.
Kənd sakini, 1978-ci il təvəllüdlü Asim Nəcəf oğlu Nəcəfov 1984-cü il təvəllüdlü Arzu Ağaməli qızı Əliyeva ilə ailə həyatı qurub. Onların birgə nikahından dörd övladları dünyaya gəlib.
Ailə bir müddət normal münasibətdə olsa da, ötən ildən cütlük arasında münasibət pozulub və ailədə söz-söhbət başlayıb. Qadın bir neçə dəfə uşaqları atıb Abşeron rayonu, Xırdalan şəhərinə - atasının evinə gəlsə də, A.Nəcəfov onu evinə qaytarıb.
Bir ay əvvəl isə qadın birdəfəlik atasının evinə gəlib və geri qayıtmayıb. O, boşanmaq üçün məhkəməyə müraciət edib. A.Nəcəfov bir neçə dəfə həyat yoldaşı ilə danışıb, boşanmamasını təklif etsə də, qadın onunla razılaşmayıb.
Bu gün səhər saatlarında isə orta məktəbdə valideyn iclası olub və A.Nəcəfov iclasa dəvət alıb. Amma o məlumat alıb ki, həyat yoldaşı da Xırdalan şəhərindən valideyn iclasına, övladlarını görməyə gəlib. Hadisədən əsəbiləşən A.Nəcəfov evdən mətbəx bıçağı götürərək, orta məktəbə iclasa gəlib. O, orta məktəbin pilləkənində həyat yoldaşı və baldızı ilə rastlaşıb. A.Nəcəfovla A.Əliyeva arasında mübahisə başlayıb və mübahisə davaya çevrilib. Dava nəticəsində A.Nəcəfov üzərindəki bıçaqla A.Əliyevanı bıçaqlayıb.
Hadisədən sonra A.Nəcəfov könüllü olaraq polisə gedərək, təslim olub.
***
Şabran rayonunda qadın bıçaqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Rəhimli kənd İlqar Abasov adına tam orta məktəbdə qeydə alınıb.
Hadisənin qadının əri tərəfindən törədildiyi ehtimal olunur.
Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












