Sabunçuda 31 yaşlı oğlan qətlə yetirildi - YENİLƏNİB

Hadisə 28 İyun 2024 09:16 Oxunub 240
Sabunçuda 31 yaşlı oğlan qətlə yetirildi - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün saat 01 radələrində paytaxtın Sabunçu rayonunda 1993-ci il təvəllüdlü Əhmədov Rasim Etibar oğlu deşici alətlə qətlə yetirilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əliyev Vüqar Əjdər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi qeyd edilib.

Araşdırma aparılır.

***

Hadisə ilə bağlı Sabunçu rayon prokurorluğu məlumat yayıb.

Avtosfer.az-a bildirilib ki, iyunun 28-də saat 00:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1993-cü il təvəllüdlü Rasim Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüqar Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh