Şadlıq sarayının pilləkənlərindən yıxılan 36 yaşlı kişi öldü - YENİLƏNİB

Bakıda şadlıq sarayında 36 yaşlı kişinin faciəli ölümünün təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 23-də Nizami rayonu ərazisindəki şadlıq saraylarından birində keçirilən toy mərasimində baş verib. Toyda qonaq qismində iştirak edən 1989-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Qarayev foyedən birinci mərtəbəyə düşərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb. Nəticədə, o, ağır kəllə-beyin travması alıb və komaya düşüb.
Sentyabrın 23-də gecə saatlarında xəstəxanaya yerləşdirilən O.Qarayev oktyabrın 1-də axşam saatlarında xəstəxanada dünyasını dəyişib.
***10:53
Bakının Nizami rayonunda yerləşən “Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, bir neçə gün əvvəl 1989-cu il təvəllüdlü paytaxt sakini Orxan Məhəmməd oğlu Qarayev Bəkir Çobanzadə küçəsində yerləşən şadlıq sarayının pilləkənlərindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş O.Qarayev dünən xəstəxanada vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB










