Şagird məktəb yoldaşına XƏSARƏT YETİRDİ - Araşdırma aparılır

Göygöl rayonunda 9-cu sinif şagirdi xəsarət alıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Molla Cəlilli kəndində baş verib. Ə.M. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən Ə. T.-dir. Onun da məktəbli olduğu deyilir.
Bıçaq xəsarəti alan şəxsin səhhəti orta-ağırdır. Hadisə məktəbdən kənarda, kənd ərazisində baş verib.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb:
“Bildiririk ki, Göygöl rayon Mollacəlilli kənd tam orta məktəbin 9-cu sinif şagirdi həmin məktəbin digər 9-cu sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO












