Şagirdin xəsarət alması iddiasına məktəbdən cavab: "İcazəsiz evə gedib"

Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Şakir Cəfərzadənin dərs zamanı kəllə-beyin travması alması ilə bağlı yeni detallar məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən məlumat verilib. Bildirilib ki, şagirdin məktəbdə xəsarət almasına dair valideynin iddiaları ilə bağlı məktəbdaxili araşdırma aparılıb.
"Mayın 27-də, altıncı saat - STEAM dərsi zamanı VII sinif şagirdinin iştirakı ilə heç bir insident baş verməyib. Şagird yeddinci saatdakı STEAM dərsində iştirak etməyib, icazəsiz evə gedib. Məktəbdaxili araşdırma zamanı şagirdin sinif yoldaşları da bunu təsdiq ediblər".
Məktəbdən bildirilib ki, şagirdin dərs prosesində bir neçə gün iştirak etməməsi ilə maraqlanmadığı üçün məktəb rəhbərliyi tərəfindən sinif rəhbərinə xəbərdarlıq olunub:
"Həmçinin, məktəb rəhbərliyi tərəfindən valideyn məktəbə dəvət olunub, onunla müvafiq söhbət aparılıb. Məktəbdaxili araşdırmanın nəticələri haqqında ona məlumat verilib. Şagirdin evdə ziyarət edilməsi və həkim müayinəsinin təşkil olunması təklifini valideyn qəbul etməyib. Tövsiyə olunub ki, valideyn iddiası əsasında hüquq-mühafizə orqanına müraciət edə bilər".
Təyyarədə çay içməyin, hətta əllərinizi də yumayın: "Zəhərli" su ilə bağlı şok ARAŞDIRMA
Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Dəmir yolunda qayda pozan şəxsi qatar vurub öldürdü
Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
Gəncədə sürücülər arasında dava düşdü – Biri digərinin burnunu sındırdı
Bakıda taksi sürücüləri müştəri üstündə dava etdilər — TƏFƏRRÜAT
Şamaxıda zəlzələ olub
Suya düşən maşındakı insanları xilas edən polis əməkdaşı imiş – VİDEO - YENİLƏNİB
Bakıda sürət yarışı keçirən “Mustang” və “BMW” sürücüləri tutuldu - Məhkəmə cəzalandırdı
Səkidən qəfil yola çıxan qadınlar sürücünü çətin vəziyyətdə qoydu - VİDEO
Qəza törədib hadisə yerindən yayınan “Subaru” sürücüsü saxlanılıdı











