Sahibsiz itlər 3 nəfərə xəsarət yetirdi - VİDEO

Naxçıvanda sahibsiz itlərin hücum çəkməsi nəticəsində 3 sakin xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə Babək rayonunun Cəhri qəsəbəsində baş verib.
İtlər qəsəbə sakinləri 62 yaşlı Babayev Şakir Məmmədbağır oğlu, daha bir 62 yaşlı Fərhadov Famil Seymur oğlu və 61 yaşlı Rzayev Zeyvəli Salman oğluna hücum edib və onlara ciddi xəsarət yetirib.
Zərərçəkənlər Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Babək rayonunun Cəhri qəsəbə sakinləri deyirlər ki, küçə itlərinin əlindən nəinki böyüklər, məktəbə gedən uşaqlar da əziyyət çəkir.
Hadisə ilə bağlı Cəhri qəsəbəsinin icra nümayəndəliyindən isə bildirildi ki, sahibsiz küçə itləri ilə bağlı onların edə biləcəyi heç bir şey yoxdur.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












