Sahibsiz itlər dərsə gedən məktəbliyə hücum ediblər - VİDEO

Zaqatalada itlər məktəbliyə hücum ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Lent.az-a hücuma məruz qalan məktəblinin anası Vəfa Musayeva məlumat verib.
Onun sözlərinə görə, rayonun mərkəzi küçələri sahibsiz itlərlə doludur:
"Hara baxırsan sahibsiz itdir. İnsanlar sərbəst hərəkət etməyə qorxurlar. Oğlum Ruzi Əliyev də səhər məktəbə gedərkən meydan adlanan ərazidə sahibsiz itlərin hücumuna məruz qalıb. Nəticədə uşaq çoxsaylı xəsarətlər alıb. Ərazidə olan insanlar olmasaydı, oğlumu itlər parçalaya bilərdi. Tez götürüb xəstəxanaya apardıq, iynə vurdular. İndi vəziyyəti normaldır. Xahiş edirik, küçələrdəki sahibsiz itlərə bir əncam çəksinlər. Bununla bağlı ciddi tədbir görülməlidir. Belə olmaz".
Qeyd edək ki, Ruzi Əliyev Zaqatala şəhər 1 saylı orta məktəbin səkkizinci sinif şagirdidir.
Həmin görüntüləri təqdim edirik:
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












