Şahin İbrahimli "Bona Dea"da həkim səhlənkarlığının qurbanı olub? - AÇIQLAMA

Xəbər verildiyi kimi, AzTV-nin “Xəbərlər” proqramının sabiq aparıcısı Şahin İbrahimli ürəktutmadan vəfat edib.
Yaxınlarından verilən məlumata görə, bir ay əvvəl "Bona Dea Hospital"da mərhum jurnalistin ürəyinə stent qoyulmuşdu. Bu da ona ağrı verib. Bildirilib ki, əslində heç ona stent qoymaq lazım deyilmiş.
Ürəyindəki şiddətli ağrılarla bağlı yenidən sözügedən xəstəxanaya gedib. Həkimi kardioloq Abbasəli Abbasəliyevə şikayəti ilə bağlı müraciət edib. Həkim isə onu müayinə etmədən dərmanını dəyişib. Yaxınları diqqətə çatdırıb ki, bu dərmandan sonra Şahin İbrahimlinin vəziyyətini daha da ağırlaşıb. Təcili əməliyyat olunmalı idi. Hətta onun ölümündən bir saat sonra doğmalarına məlumat verildiyi deyilir. Yaxınları onu da bildirir ki, Şahin İbrahimli vəfat edəndə həkimi xəstəxanada olmayıb.
"Bona Dea Hospital"ının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Samir Oruc sözügedən məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, mərhum jurnalist Şahin İbrahimlinin yaxınları onlara rəsmi formada heç bir şikayət etməyib: "Onu da deyim ki, xəstənin ürəkdən başqa bir neçə yanaşı xəstəlikləri də olub. Hansı xəstəliklərin olduqlarını isə mərhumun yaxınları icazə verdikdən sonra açıqlaya bilərəm. Xəstə yaxınlarının hər hansı narazılığı varsa, bizə yaxınlaşa və ya zəng edib bildirdikdən sonra araşdırma aparıla bilər və bundan sonra geniş açıqlama verə bilərik".
Qeyd edək ki, 5 yaşında atasını itirən Şahin İbrahimlinin özündən sonra 3 övladı yadigar qalıb. Ən balaca uşağının 5 yaşı var.
(unikal)
Bu şəhərdə 22 yaşlı gənc bıçaqla 30 avtomobilin təkərini deşdi – ANBAAN VİDEO
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlara cəza sərtləşdirilir - Sərt xəbərdarlıq
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu








