Salyanda qrup şəklində sürət yarışı təşkil edən Sürət həbs olundu - VİDEO

Hadisə 23 May 2024 12:01 Oxunub 4566
Salyanda qrup şəklində sürət yarışı təşkil edən  Sürət həbs olundu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Salyanda sürət yarışı təşkil edən şəxslər həbs ediliblər. Avtosfer.az xəbər verir ki, “TikTok” sosial şəbəkə hesabında yayılan videogörüntü əsasında Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayında aparılan araşdırmalarla Salyan rayon sakinləri Anar Hüseynovun “Hyudai” markalı,  Surət Əliyevin isə “VAZ 2107” markalı avtomobillərlə sürət yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən olunub.

Digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla kobud qayda pozuntularına yol verən hər iki sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyatı məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla - Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh