Salyan–Neftçala avtomagistralında itkin düşən 86 yaşlı sakin axtarılır

Yanvar ayından bəri itkin düşən 86 yaşlı Salyan sakini Rafayət Nəsirovun axtarışları davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Oğlu Vüqar Nəsirovun “Qafqazinfo”ya bildirdiyinə görə, atası sonuncu dəfə avtomagistraldakı müşahidə kameralarına düşüb.
“Atam sonuncu dəfə Salyan-Neftçala avtomagistralı üzərindəki müşahidə kameralarına düşüb. Bundan sonra hara getməsi bu günə qədər müəmmalı olaraq qalır.
İlkin ehtimallara görə, onun Kür çayı ərazisində batması istisna edilmir”, - V.Nəsirov söyləyib.
Qeyd edək ki, Salyan şəhəri, Əli bəy Hüseynzadə küçəsində yaşayan R.Nəsirov bu il yanvarın 31-i gecə saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun tapılması istiqamətində Salyan Rayon Polis Şöbəsi tərəfindən axtarış elan edilib və proses davam etdirilir.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












