Şamaxının Əngəxəran kəndi yaxınlığında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonunun Əngəxəran kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az-a nazirlikdən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının traktor qoşqusundan yerə dağılmış ot bağlaması və yol kənarındakı kol-kosda baş verdiyi və hər an meşəyə keçmə riskinin mövcud olduğu müəyyən edilib.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativliyi sayəsində yanğın qısa müddətdə söndürülərək meşəyə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumilikdə təxminən 1 hektar ərazidə quru ot və kol-kos, 5 ton ot bağlamasının isə 3 tonu yanıb. Ətraf ərazilər, o cümlədən meşə yanğından mühafizə olunub.
18:02
Şamaxıda otbağlayan kombayn hərəkətdə olarkən yanmağa başlayıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Məlhəm kəndi yaxınlığında baş verib.
Belə ki, yol ilə hərəkət edən otbağlayan kombayn anidən alışmağa başlayıb. Daha sonra isə yanğın yaxınlıqdakı dağlıq-meşəlik əraziyə keçib.
Artıq əraziyə FHN-in yanğın söndürən maşınları cəlb olunub. Qüvvələr yanğının geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar.
Bununla bağlı görüntüləri təqdim edirik:
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO








