Banner

Şamaxıda qanlı HADİSƏ - 1 ölü, 2 yaralı

Hadisə 1 Yanvar 2025 21:41 Oxunub 250
Şamaxıda qanlı HADİSƏ - 1 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar – 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Avtosfer.az xəbər verir ki, mübahisə zəminində tərəflər bir-birilərinə kəsici alətlə xəsarət yetiriblər.

Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiq ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh