Şamaxıda vəhşilik: İti maşının arxasına zəncirləyib yol boyu sürüdü - VİDEO

Hadisə 9 Aprel 2024 14:00 Oxunub 3096
Şamaxıda vəhşilik:  İti maşının arxasına zəncirləyib yol boyu sürüdü   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İti avtomobilin arxasına bağlayıb sürüyən şəxsin videosu sosial şəbəkədə qınaq obyektinə çevrilib. 
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında Şamaxı rayonunda qeydə alınıb. Videodan göründüyü kimi, 06-BC-240 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşının sürücüsü itə işgəncə verir. Belə ki, o, heyvanı zəncirlə avtomobilin arxasına bağlayıb və maşını sürərək onu yol boyu sürüyüb. Bu zaman yoldan keçən qadın görüntünü lentə alaraq ona müdaxilə etməyə çalışıb. Daha sonra sürücü nəqliyyat vasitəsinin hərəkətini saxlayıb və itin zəncirini açaraq baqaja yerləşdirib. Üstəlik qadına cavab verən sürücü “mənim itimdir” deməklə insanlıqdan kənar əməlinə haqq qazandırıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh