Samuxda 2 nəfər bıçaqlandı - Saxlanılan var - YENİLƏNİB

Gəncədə baş verən bıçaqlanma hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 05:40-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə iki nəfər (bir kişi, bir qadın) hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib./oxu.az
***11:26
Gəncə şəhərində 33 yaşlı kişini bıçaqlayan şəxsin digər cinayəti də üzə çıxıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı İsrəfil Əliyev saxlanılıb.
Araşdırmalarla məlum olub ki, İ.Əliyev hadisədən sonra Samux rayonunun Alıuşağı kəndində bacısı, 1987-ci il təvəllüdlü S. Abbasovanı da bıçaqlayıb.
Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.
***09:48
Samuxda 39 yaşlı qadın bıçaqlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova və Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü Elşən Əsgərov qarının kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.
Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, hadisəni törətməkdə S.Abbasovanın qardaşı şübhəli bilinir.
Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.
***
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində E.Əsgərova və S.Abbasovaya kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 35 yaşlı İsrəfil Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












