Şantajda ittiham olunan sayt rəhbəri həbs edildi
Hadisə
9 Oktyabr 2024 23:15

“Qerar.az” saytının baş redaktoru həbs olunub.
Avtosfer.az xəbər verir ki, onun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olan məlumatlar əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılıb.
Sayt rəhbəri Kamal Qurbanov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar dərc edəcəyi ilə hədələyərək müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, K.Qurbanov cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.
Oxunub : 766
DİGƏR XƏBƏRLƏR
2 Noyabr 2026 16:00
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
2 Noyabr 2026 09:48
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
1 Noyabr 2026 16:17
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
31 Oktyabr 2026 15:00
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
30 Oktyabr 2026 17:30
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
30 Oktyabr 2026 16:44
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
30 Oktyabr 2026 13:18
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
29 Oktyabr 2026 21:13
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
29 Oktyabr 2026 15:48
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
29 Oktyabr 2026 15:30
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
29 Oktyabr 2026 11:20
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
28 Oktyabr 2026 17:46
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
ŞƏRH YAZ












