Saray qəsəbəsində yaşayış binası yanır - FOTO - VİDEO - YENİLƏNİB

"Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı yanğın zamanı vəziyyəti orta ağır qiymətləndirilən şəxs Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub".
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20 dekabr saat 12:30-da Sumqayıt, Saray qəsəbəsi MTK ərazisindən yaşayış binasında partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya edilib.
Üzün, hər iki əlin, sağ budun yanığı diaqnozları təyin edilən şəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib", - deyə məlumatda bildirilir.
***
Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı yanğının təfərrüatı məlum olub.
Şahidlərin sözlərinə görə, hadisə qazsızma səbəbindən baş verib.
"Qazı açan kimi partlayıb, qızın üzü, saçı yanıb", - deyə qonşu Baku TV-yə açıqlamasında deyib.
Daha ətraflı videomaterialda:
***
Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Abşeron rayonunun Saray qəsəbəsində yaşayış binası yanır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yanğın qəsəbədəki çoxmərtəbəli yaşayış binasının yuxarı mərtəbəsində başlayıb.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO














