Satılmış mənzilləri təkrar satmaqda ittiham olunan şəxsə hökm oxunub

Satılmış mənzilləri saxta sənədlər tərtib edilməsi yolu ilə başqa şəxslərə satmaqda ittiham olunan kooperativ sədri Hüseyn Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hüseyn Əsgərov 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı H.Əsgərovun “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməyib.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












