Banner

“Sea Breeze” yolunda “Chevrolet” alışaraq yararsız hala düşdü - VİDEO

Hadisə 13 İyun 2025 17:30 Oxunub 140
“Sea Breeze” yolunda “Chevrolet” alışaraq yararsız hala düşdü   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Sea Breeze” yolunda avtomobil alışaraq yararsız vəziyyətə düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 11-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-AV-556 dövlət nömrə nişanlı “Chevrolet” markalı maşın anidən tüstülənib və alışmağa başlayıb. Avtomobilin ön hissəsində başlayan yanğın qısa müddətdə nəqliyyat vasitəsinin salon və arxa tərəfinə yayılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvələri cəlb edilib. Avtomobilin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi bilinmir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh