Səbaildə silah-sursat aşkar edilib - FOTO - VİDEO

Bakı şəhərinin Səbail rayonu ərazisində silah-sursat aşkar edilib. Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın istifadəyə yararlı 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 17 ədəd 5.45 mm-lik mərmi, 27 ədəd 7.62 mm-lik mərmi, 1 ədəd 9 mm-lik mərmi, 1 ədəd AK-74 avtomatının darağı və 1 ədəd ov tüfəngi olduğu müəyyən edilib. Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Avtomobildə sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - VİDEO
Ağdamda minaya düşən Ceyhunun - FOTOsu
Baş İdarə əməliyyat keçirdi – Həbs olunanlar var - FOTO
Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və ... - ADLAR
Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: şirkət, evlər, maşınlar
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB










