Səbaildə torpaq sürüşməsinə görə bağlanan yolda təmir işləri niyə aparılmır? - VİDEO

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsindən Bayıl və 20-ci Sahə istiqamətinə gedən yolun uzun müddətdir bağlı saxlanılması sakinlərin narazılığına səbəb olub.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, yolun bağlanması gündəlik gediş-gəlişi çətinləşdirib, sürücüləri daha uzun məsafə qət etməyə məcbur edib. Bu səbəbdən alternativ yollarda xüsusilə pik saatlarda müntəzəm tıxaclar yaranır.
Sözügedən yol bir neçə il əvvəl ərazidə baş verən torpaq sürüşməsinə görə bağlanmışdı. Sonradan mütəxəssislər tərəfindən müvafiq tədbirlər görülmüş və avtomobillərin hərəkəti bərpa edilmişdi.
Lakin bu ilin əvvəlində yağan intensiv yağışlardan sonra torpaq qatında yenidən hərəkətlilik müşahidə olunub. Təhlükəsizlik məqsədilə yol beton maneələrlə bağlanıb və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Hazırda hər iki istiqamətdən gələn avtomobillər maneələrə qədər hərəkət edə bilir.
Sürücülər avtomobillərini burada saxlayaraq yollarına piyada davam etməli olurlar. Bəzi sürücülər isə səkidən və yol kənarından istifadə etməklə maneəni keçməyə çalışırlar. Sakinlər bildirirlər ki, yol uzun müddətdir bağlı olsa da, ərazidə hər hansı aktiv iş aparılmır. Onları narahat edən əsas məsələ təhlükənin nə vaxt aradan qaldırılacağı və yolun nə zaman istifadəyə veriləcəyidir.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












