Səbirsiz moped sürücüsü iki avtomobilin arasında qaldı - VİDEO
Hadisə 16 Sentyabr 2022 22:40 Oxunub 6550
Səbirsiz moped sürücüsü iki avtomobilin arasında qaldı  - VİDEO

Paytaxtda qayda pozan moped sürücüsü görüntülənib. Avtosfer.az xəbər verir ki, hadisə tunel yolunda qeydə alınıb. Belə ki, tələskənlik edən moped sürücüsü hərəkətdə olan iki avtomobilin arasından keçmək istəyib. Ara məsafəsini düzgün hesablamayan sürücü digər hərəkət iştirakçılarına və özünə təhlükəli anlar yaşadıb.

Qeyd edək ki, sürücü mopedi dəbilqəsiz idarə edib. Bu qayda pozuntusuna görə sürücü 30 manat cərimələnə bilər.

Avtomobilin qeydiyyat kamerasında görüntülənən videonu təqdim edirik:

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh