"Sədərək" ticarət mərkəzində bir qrup şəxs girov götürülüb? – DİN-dən AÇIQLAMA - VİDEO

Hadisə 16 Avqust 2024 19:27 Oxunub 496
"Sədərək" ticarət mərkəzində bir qrup şəxs girov götürülüb? – DİN-dən AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanı deyib.

O bildirib ki, Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb:

"Müəyyən olunub ki, görüntülərdəki şəxslər mağazanın icarədarlarıdır və icarə məsələsinə görə mağazanın yeni sahibi ilə aralarında narazılıq yaranıb.
Həmin şəxslərin girov saxlanılması ilə bağlı iddialar əsassızdır".

Qeyd edək ki, sosial media platformalarında yayılan videoda vətəndaş ailə üzvlərinin "Sədərək" ticarət mərkəzinin rəhbərliyi tərəfindən girov götürüldüyünü iddia edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh