"Sədərək"də yanğına niyə helikopter cəlb olunmadı? - VİDEO

Bir neçə gün öncə "Sədərək" ticarət mərkəzində güclü yanğın baş verib. Nəticədə, sahibkarlara xeyli ziyan dəyib. Hadisə ilə bağlı artıq cinayət işi açılıb. Lakin yanğından sonra bəzi vətəndaşlarda suallar yaranıb.
Niyə yanğın yalnız bir gün sonra söndürülüb və əraziyə helikopterlər cəlb olunmayıb?
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə Qərargahının əməkdaşı Nurlan İsaqov bildirib ki, yanğın baş verən ərazidəki anbar yüngül metal konstruksiyalardan ibarət idi və yüksək temperatur səbəbindən konstruksiyalar dərhal deformasiyaya uğrayıb:
"Təxminən 5 min kvadratmetr sahəsi olan anbar 15 müxtəlif bölmədən ibarət idi. Bu anbarlarda uşaq oyuncaqları, alışqanlar, litium batareyaları və digər parfümeriya məhsulları kimi tezalışan mallar saxlanılırdı. Bu məhsulların üst-üstə yığılması yanğının yükünü artırır və metal konstruksiyaların deformasiyaya uğraması yanğının söndürülməsini çətinləşdirirdi".
O qeyd edib ki, konstruksiyaların deformasiyaya uğraması yanğınsöndürənlər üçün ciddi təhlükə yaradırdı:
"Konstruksiyalar öz dayanıqlılığını itirmişdi. Yanğınsöndürənlər alovu söndürmək üçün konstruksiyaların alt hissələrinə daxil olarkən həyati risklə üzləşirdilər. Bu səbəbdən helikopterlər yanğının söndürülməsinə cəlb olunmayıb və təhlükəsizlik əsas götürülüb".
Ətraflı Baku TV-nin süjetində:
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












