Səfərbərlik Xidmətindən 20 günün əsgərinin ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA - FOTO

Hadisə 12 May 2026 11:36
Səfərbərlik Xidmətindən 20 günün əsgərinin ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA   - FOTO
WhatsApp kanalımıza abunə olun

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət keçən əsgər Hüseyn Əsədov ötən gün vəfat edib.

Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 20 gün əvvəl hərbi xidmətə çağırılan əsgər artıq Binə qəbiristanlığında torpağa tapşırılıb.

Hüseyn Əsədovun ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, onun hərbi xidmət zamanı xəstəliyə tutulduğu iddia edilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, fakt üzrə cinayət işi başlanıb və hazırda istintaq aparılır. İstintaqın nəticəsindən asılı olaraq prosesual qiymət veriləcək.

Səfərbərlik Xidmətindən 20 günün əsgərinin ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA - FOTO

Səfərbərlik Xidmətindən 20 günün əsgərinin ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA - FOTO

Oxunub : 162
ŞƏRH YAZ
Ad

E-mail

Şərh