Şəhər merinə 3 bıçaq zərbəsi endirildi - Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Fransanın cənub-şərqindəki İzer departamentində yerləşən Vilnöv-de-Mark şəhərinin meri Jil Düsso bıçaqlı hücuma məruz qaldıqdan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb.
Nəşrin məlumatına görə, mer avqustun 6-da günorta saatlarında 28 yaşlı oğlu ilə şəhərdə gəzərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb. İlkin istintaq məlumatlarına görə, cinayətkar şəhər merinə döş qəfəsindən üç bıçaq zərbəsi vurub. Şübhəli şəxs daha sonra hadisə yerindən qaçsa da, bir müddət sonra olay məkanına qayıdaraq avtomobillə meri və oğlunu vurmaq istəyib, amma idarəetməni itirərək divara çırpılıb. Hücum edən şəxs maşından düşdükdən sonra merin oğlunu vurub və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları hələ də şübhəlinin şəxsiyyətini müəyyən edə bilməyiblər, onun harada olduğu da bilinmir. Fransa Prezidenti Emmanuel Makron və daxili işlər naziri Bruno Retayo Düssoya hücumu pisləyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












