Səhər saatlarında baş verən güclü zəlzələ hansı rayonlarda hiss olunub? - YENİLƏNİB

Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabadda 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub", – məlumatda qeyd olunub.
***
Azərbaycanın cənub zonasında güclü zəlzələ olub.
Avtosfer.az Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinadən bildirir ki, gücü 5 balla ölçülən yeraltı təkanlar Talış Dağlıq zonasında, Lerik rayonu ərazisində yerli vaxtla 7:43-də qeydə alınıb.
Təkanlar 18 km dərinlikdə meydana gəlib.

Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB










