
Şəhərin mərkəzində “Mercedes” yanaraq külə döndü - VİDEO
Hadisə
1 Sentyabr 2023 18:20
Oxunub 406

Bakı şəhərinin Səbail rayonunda avtomobil alışaraq yanıb.
Avtosfer.az-ın məlumatına görə, yanğın hadisəsi bugün səhər saatlarında Dəniz Vağzalı yaxınlığında baş verib. Belə ki, 90-EA-071 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil qəflətən alışmağa başlayıb. Qısa zamanda yanğın avtomobilin digər hissələrinə də keçib. Hadisə şahidlərinin iddiasına əsasən, “Mercedes”in yanmasına səbəb elektrik sistemində yaranmış nasazlıqdan qaynaqlanıb. Bir müddət sonra alov söndürülsə də nəqliyyat vasitəsi sıradan çıxıb.
Qeyd edək ki, avtomobilin sahibi hadisə yerində olmayıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR