Şəhərin mərkəzində motosiklet “şou”su göstərdilər – Həbs olundular - VİDEO (YENİLƏNİB)

Paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb.
DİN Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri - R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar.
Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.
***
19.08.2024 - 19:15
***
Şəhərin mərkəzində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, motosikletlərdən biri Abşeron rayonunda, digəri isə Nəsimi rayonunda polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Həmin motosikletlərin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bir daha moped və motosiklet sürücülərini diqqətli olmağa, hərəkət qaydalarına riayət etməyə çağırırıq.
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO










