Banner

Şəhid oğlunun tabutu önündə qurban kəsdirən ana VƏFAT ETDİ - FOTO

Hadisə 13 Fevral 2026 12:00
Şəhid oğlunun tabutu önündə qurban kəsdirən ana VƏFAT ETDİ  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətən uğrunda canından keçmiş şəhid gizir Telman Kəlbiyevin anası Dilşad Kəlbiyeva dünyasını dəyişib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, şəhid anası bu gün həyatını itirib.

Xatırladaq ki, 2023-cü ildə Dilşad Kəlbiyevanın evdə tək olmasından xəbər tutan maskalı şəxslər mənzilə daxil olmuşdular. Həmin şəxslər qadını bıçaqla hədələyərək evdə olan 800 manat məbləğində vəsaiti ələ keçirib qaçmışdılar.

Sözügedən hadisə zamanı D.Kəlbiyevanın evdə tək olmasının səbəbi, onun oğlunun xatirəsini əziz tutmaq üçün rayondakı evlərində tənha yaşamağa üstünlük verməsi idi.

Xatırladaq ki, T.Kəlbiyevin nəşi Vətən müharibəsi bitəndən xeyli müddət sonra aşkar edilərək ailəsinə təhvil verilmişdi. Oğlunun Murovdağ istiqamətində tapılan nəşini yaşadığı Neftçalada qarşılayan anası onun tabutu önündə qurban kəsdirməklə ölkəni qəhərə boğmuşdu.

Şəhid oğlunun tabutu önündə qurban kəsdirən ana VƏFAT ETDİ

Oxunub 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh