Şəhid xanımını təhqir edən avtobus sürücüsü cərimə edildi

Bakıda hüquq-mühafizə orqanlarında çalışan xanım sərnişindən ödəniş etmədiyi üçün vəsiqə tələb edən avtobus sürücüsünə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1988-ci il təvəllüdlü Bakı sakini Y.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Hadisə "BakuBus" MMC-yə məxsus 217 nömrəli marşrut xəttində baş verib. Şəhid xanımı N.A. avtobusa minərkən polis vəsiqəsini kameraya göstərərək ödənişsiz keçid hüququndan istifadə edib. Buna baxmayaraq, sürücü Y.R. onun arxasınca gedərək ödəniş tələb edib və mübahisə zamanı xanımı anası və azyaşlı uşaqlarının gözü qarşısında təhqir edib. Nəticədə avtobusda səs-küy yaranıb, sərnişinlər avtobusdan endirilib və hadisə yerinə polis əməkdaşları çağırılıb. Məhkəmədə sürücü ifadəsində bildirib ki, N.A. vəsiqəni dərhal təqdim etmədiyi üçün ondan sənədini göstərməsini xahiş edib. O, vəsiqənin gec göstərildiyini və buna görə mübahisə yarandığını etiraf edib. Əsəbiləşdiyi üçün avtobusu idarə edə bilmədiyini və sərnişinlərin başqa nəqliyyat vasitəsi ilə daşındığını qeyd edib. Məhkəmənin qərarı ilə Y.R. 50 manat məbləğində cərimələnib və məhkəmə zalından azad olunub.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












