Səhiyyə Nazirliyində əməliyyat KEÇİRİLİR - Saxlanılanlar var - FOTO - VİDEO (YENİLƏNİB)
Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar üzə çıxıb. Avtosfer.az-ın “Bakupost”a istinadən məlumatına görə, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Səidə Rüstəmovanın adı son günlərdə saxta setifikat məsələsində gündəmə gəlmişdi.
***
Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.
Avtosfer.az-ın "Bakupost"a istinadən məlumatına görə, əməliyyat zamanı saxlanılanlar var.
Bildirilir ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.
Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.
Əlavə məlumat veriləcək.