Şəkər komasına düşən sürücünün maşını belə “uçdu” – VİDEO

Yəqin bu il aprelin 10-da bakıda baş vermiş “uçan taksi” qəzasını çox adam xaırlayır. Bu hadisənin bənzəri Rumıniyada baş verib.
Avtosfer.az xəbər verir ki, yüksək sürətlə hərəkət zamanı idarəetmədən çıxan “Mercedes” yol dairəsindəki deton bordürə çırpılaraq havaya qalxıb. Bu zaman maşın elə sürət yığıb ki, 2 avtomobilin üzərindən keçərək yanacaqdoldurma məntəqəsinə düşüb. Hadisəni məntəqənin təhlükəsizlik kameraları qeydə alıb.
Avtomobilin bütün hava yastıqları açıldığı üçün sürücü yüngül xəsarətlə xilas olub. Avtomobil cəmi 5 metr sola “ensə idi” yanğın və partlayış qaçınılmaz olacaqdı.
Ekspertiza zamanı məlum olub ki, sürücünün idarəetməni itirməsinə səbəb anidən baş verən şəkər komasıdır. Bu halda sürücü anlaqsız vəziyyətdə olub, hadisələrə reaksiya verə bilməyib. Nəzarətdən çıxan avtomobil kənar qüvvələrin təsiri ilə top mərmisi kimi hərəkət edib.
Bununla belə, sürücüyə 350 avro (700 AZN) cərimə yazılıb, sürücülük hüququ 90 gün müddətinə məhdudlaşdırılıb. Bu müddətdən sonra tibbi müayinədən keçmədiyi təqdirdə sükan arxasına əyləşə bilməyəcək.
Qeyd edək ki, Avropa ölkələri uzun müddətdir xroniki xəstələrin sürücülük hüququnun məhdudlaşdırılması məsələsində yekdil rəyə gələ bilmir.
Vüqar
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












