Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi - YENİLƏNİB

Şəkidə intihar edən 14 yaşlı oğlanla bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisə barədə Şəki kənd icra nümayəndəsi Müslüm Əliyev bildirib ki, ailə özü də baş verən hadisənin şokundadır:
"Hadisə dünən axşam, iftardan sonra baş verib. Təxminən axşam saat doqquz olardı, ya bəlkə olmazdı. Orta səviyyədə dolanan, sakit ailədirlər. Uşağın atası Nahid heyvandarlıqla məşğuldur. O, cavan adamdır, 40 yaşı ancaq olar, anası evdar xanımdır. İki uşaqları var idi - bir qızı, bir oğlu".
"Aran kəndi kiçik kənd olduğu üçün oxumağa marağı olan uşaq azdır. Tofiq özü yaxşı oxuyan uşaq olub. Ailə özü də uşağın niyə belə etməsini anlaya bilmir. Hadisədən sonra hüquq-mühafizə orqanları gəldilər, uşağa aid olan əşyaları götürüblər. Araşdırırlar, görək, nə olacaq", - deyə M.Əliyev bildirib.(oxu.az)
***09:23
Şəkidə 14 yaşlı məktəbli intihar edib.
Avtosfer.az xəbər verir ki, rayonun Aran kənd sakini, 2011-ci il təvəllüdlü Tofiq Məmmədov yaşadığı ünvandakı anbarda özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO









