Şəkidə fərdi yaşayış evində yanğın baş verib - VİDEO

Hadisə 4 İyul 2024 22:39 Oxunub 414
Şəkidə fərdi yaşayış evində yanğın baş verib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhərinin Çələbixan qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 91 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxi, sanitar qovşağı 21 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh