Şəkidə güclü yanğın oldu - YENİLƏNİB

Şəki şəhərinin Aşağı Göynük kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 9 ton ot bağlaması və 200 kiloqram taxıl yanıb.
Avtosfer.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, taxılın və ot bağlamalarının qalan hissəsi, bitişik tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Şəkidə yanğın olub.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, gecə saatlarında rayonun Baş Göynük kəndində, kənd sakini Zaməddin Xəlpətovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində yanğın olub.
Yanğın nəticəsində tövlənin dam örtüyünün yanar konstruksiyaları, tövlənin çardağında olan 10 tondan yuxarı quru ot bağlaması, tövlənin içərisinə yığılmış taxıl, 30 baş ev quşu və tövləyə bitişik yardımçı tikili yanıb.
Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və ... - ADLAR
Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: şirkət, evlər, maşınlar
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO










