Şəkidə ikisi azyaşlı olmaqla 3 nəfəri it dişləyib

Şəkidə ikisi azyaşlı olmaqla üç nəfəri sahibsiz it dişləyib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Çayqaraqoyunlu kənd sakini, 2021-ci il təvəllüdlü Cəlal Niyaz oğlu Osmanov və Şəki kənd sakini 2017-ci il təvəllüdlü Zəhra Bəhram qızı Yadigarlı it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.
Müayinə zamanı hər iki azyaşlının yaşadığı kəndin ərazisində sahibsiz itin hucumuna məruz qaldığı məlum olub.
C.Osmanova sağ budun, Z.Yadigarlıya isə sağ baldırın it dişləməsi dioqnozu qoyulub.
Günün birinci yarısında 60 yaşlı Şəki şəhər sakini Cahangir İbrahimxəlil oğlu Salmanov sağ baldırın it dişləməsi xəsarəti ilə Şəki RMX-a müraciət edib.
Hər üç şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












