
Şəkidə istirahət mərkəzi yandı - VİDEO - FOTO
Hadisə
13 Avqust 2023 19:31
Oxunub 376

Şəkinin Kiş kəndinin dağlıq-meşəlik ərazisinin yamacında yerləşən “Xanlənd Ekstrim Əyləncə Mərkəzi"ndə yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Müfafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın zamanı katecin yanar konstruksiyaları və içərisində olan əşyalar yanaraq yararsız hala düşüb.
Hadisədə xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
(qafqazinfo)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR