Şəkidə it 5 nəfəri dişlədi - Bir azyaşlının vəziyyəti ağırdır - FOTOLAR

Sahibsiz itlərin sayının Şəki şəhərində hər gün artması və insanlara hücum çəkməsi heç də ilk xəbər deyil. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi Novruz küçəsində sahibsiz it insanlara hücum çəkib, xəsarət yetirib. Sahibsiz it əvvəlcə küçədə hərəkət edən azyaşlını dişləyib. Uşağın səsinə gələn baba da bu zaman xəsarətlər alıb. Daha sonra küçə iti elə həmin ərazidə 3 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Beləliklə, şəhər sakinləri 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şəki rayon mərkəzi xəstəxanasına müraciət ediblər. Yaralılara Şəki Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, əvvəlcə quduzluq əleyhinə vaksin vurulub. Bir neçə saat xəstəxanada qaldıqdan sonra sahibsiz it hücumuna məruz qalan sakinlərin vəziyyətləri stabil qiymətləndirilib və pasiyentlərə həkim nəzarətində peyvənd kursunu davam etdirmələri tövsiyə olunaraq ambulator müalicə üçün evə buraxılıblar. Məsələ ilə əlaqədar rayon icra hakimiyyətindən bildirilib ki, sahibsiz küçə itləri ilə bağlı problem insanları narahat edən əsas məsələlərdən biridir.
Qeyd edək ki, sahibsiz küçə itləri xüsusi müəssisələr tərəfindən götürülməli və sığınacaqlarda yerləşdirilməlidir. Hazırda Şəkidə sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların olmaması bu sahədə çətinliklər yaradır. O da qeyd olunub ki, problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb, aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılır, qeyri-hökümət təşkilatlarına müraciət olunub. Bu məsələyə heyvansevərləri də cəlb etməklə Şəki şəhərində sahibsiz küçə itlərinin qısırlaşdırılmasının təşkili nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır.







Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












