Şəkidə partlayış olan evdən görüntülər - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki rayonu, Baş Zəyzid kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 180 kvadratmetr olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış nəticəsində evə ziyan dəyib. Xəsarət alan olmayıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Yasamalda avtomobil yandı
Polis rəisi özünü vurdu - Araşdırmalara başlanıldı – FOTO
Oğurluğa görə axtarılan DYP əməkdaşı tapıldı - 23 il bu cür gizlənib
Qubada bədbəxt hadisə - Məktəbli özünü...
Zabratda təhlükəli mənzərə: Qopan ağac taxta dirəklərin ümidinə qalıb - VİDEO
İsmayıllıda cütlük maşında tutuldu – 15 yaşlı Babək həbs olundu
Polis dələduzluq edənlərə qarşı əməliyyat keçirdi - 15 nəfər istintaqa təhvil verildi
Sumqayıtda zavod işçisi avtobusda öldü
Masazırda “Chevrolet” keçiddən keçməyən piyadanı vurdu - VİDEO
Sərnişin oturacağında yatan sürücü həbs edildi
Ceyranbatanda atları döyüb öldürüblər – VƏTƏNDAŞ ŞİKAYƏTİ- VİDEO










