Şəkidə sahibkarın fermada gizlətdiyi pullar oğurlandı - Şəriki və işçisi saxlanıldı

Şəkidə quşçuluq ferması işlədən sahibkar Hüseyn Salamovun pullarını oğurlayan şəriki və işçisinə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Hüseyn Salamov əldə etdiyi gəliri fermasının həyətyanı sahəsində, su çəninin yanında mişar daşlarının içində düzəltdiyi yerdə gizlədirmiş. Pullar məhz həmin yerdən oğurlanıb.
Oğurluqda sahibkarın 1983-cü il təvəllüdlü işçisi Rəşad Novruəzliyev və şəriki Zaur Fətəliyev təqsirləndiriliblər. Salamov dəfələrlə pulları həmin yerə qoyduğundan, bu şəxslər orada daha çox vəsaitin olduğunu bilib və oğurluq planı qurublar.
Onlar oğurladıqları pulları aralarında bölüblər. Rəşad Novruəzliyev payına düşən vəsaiti televizor aldığı məişət malları mağazasına, "Azpulmat” kredit təşkilatına olan borcuna, 173 manatını cərimələrinə və qalan məbləği isə digər xərclərinə sərf edib.
Məhkəmənin qərarı ilə hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.3 (təkrar oğurluq) və 177.2.4-cü (qrup halında oğurluq) maddələri ilə təqsirli biliniblər. Rəşad Novruəzliyev 1 il 11 ay 26 gün, Zaur Fətəliyev isə 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Onlar cəza müddəti ərzində elektron qolbaqla nəzarətdə saxlanılacaqlar.
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi












